Русская версия  |  Əsas səhifə

Müsəlmanlarin elmi nailiyyətləri

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-1040.html; http://az.islam.az/article/a-1041.html)

FİZİKA

Əhməd ibn Musa “Qəribə sistemlər” adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli cihazın planını çəkmişdir.

Əbül-izz İsmayıl əl-Cəzəri (vəf. 1206) “Kitabül-xiyəl” (“Xəyallar kitabı”) adlı əsərlə kibernetikanın əsasını qoydu.

Optika elminin təməlini qoymuş İbn Heysəm (965-1051) “Görüntülər kitabı” ilə Rocer Bekon (1214-1294), Kepler (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm dünyasında əsas əsər sayıldı. İşığın kürəvi aynalarda əks olunması mexanizmi də onun adı ilə “Alxazen problemi” (İbn Heysəmin Avropadakı adıdır) adlandırılır.

Farabi (870-950) səsin fiziki izahını vermişdir.

İbn Qərarə (vəf. 1100) ilk torna dəzgahını qurmuşdur.

İlk uçuş sınağını həyata keçirmiş İsmail Cövhəri (950-1010) həlak oldu. “Həzarfən” ləqəbli Əhməd Çələbi (XVII əsr) çiyninə bağladığı qanadlarla İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğanlara qədər uçaraq, ilk uğurlu uçuşu həyata keçirdi. IV Murad zamanında yaşamış Laqari Həsən Çələbi isə raket tipli ixtirasıyla ilk uçuş sınağını həyata keçirmək şərəfini qazandı.

İlk təyyarə tipli cihazı hələ 880-ci ildə İbn Firnas adlı müsəlman alimi qurmuşdur. O, quş tükü və qumaşdan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər.

Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürlər. Halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər İslam alimləri yerin cazibə qanunu ilə maraqlanmışlar. Professor İsmayıl Hakkı İzmirli və Əhməd Gürgan, Razi və Biruninin yerin cazibəsi ilə bağlı fikirlərini tədqiq etmişlər. Bu araşdırmalar göstərir ki, İslam alimləri Nyutondan bir neçə əsr əvvəl Yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr vermişlər.

Qalileydən (1564-1642) də əvvəl kəfgirli saatdan İbn Yunus istifadə etmişdir.

Xazini “Mizanül-hikmət” adlı əsərində tərəzilər haqqında bilgi vermiş, bir çox maddələrin xüsusi çəkisini hesablamışdır.

Biruni 18 növ maddənin xüsusi çəkisini (bəzilərini günümüzlə müqayisədə çox dəqiqliklə) hesablamış, suyun qatılığını tapmışdır.

Xazini havanın sıxlığını hesablamış, küləyin sürəti ilə hava sıxlığı arasındakı əlaqəni Torriçellidən (1608-1647) əvvəl kəşf etmişdir.

Atomün daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu ilk dəfə “kimyanın atası” ləqəbli Cabir ibn Həyyan (721-805) söyləmişdir.

Nəsirəddin Tusinin tələbəsi Qütbəddin Şirazi Dekartdan 300 il əvvəl “əlaimüs-səma” (göyqurşağı) hadisəsinin düzgün izahını vermişdir.

Eynşteynin (1879-1955) tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prof. Əbdüssəlam (1926-1979) Nobel mükafatını almışdır.

COĞRAFİYA

Coğrafiyanın bir elm kimi ortaya çıxmasına təkan verənlər də müsəlmanlardır. Dünyanı qarış- qarış dolaşmış Övliya Çələbinin (1611-1682), 29 il ərzində olkələri, qitələri gəzmiş İbn Bəttutənin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridir.

Biruni indiki Amerikanın yerində torpaq olduğunu əsrlərlə öncə xəbər vermişdir. Piri-Rəis (1465-1554) də öz “Kitabi-bəhriyyə”sində Amerikanın varlığından bəhs etmişdir.

Vasko da Qamaya (1450-1554) dünya səyahətində İbn Məcid (XV əsr) adlı bir müsəlman dənizçi yol göstərmişdir.

İdrisi (1100-1166) 850 il bündan əvvəl müasir dünya xəritələrinə bənzər bir xəritə çəkmişdi. Piri-Rəisin Amerika xəritəsi mükəmməl bir vəsaitdir. Piri-Rəisdən 52 il əvvəl Mürsiyəli İbrahim tərəfindən çəkilmiş Aralıq dənizi xəritəsi müasir ölçülərə tamamilə uyğundur.

BOTANİKA VƏ ZOOLOGİYA

Orta əsrlərin ən böyük botaniki və əczaçısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş, həmin əsər XVI əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur.

Dəmiri (1349-1405) adlı alim heyvanlar aləminin incəlikləri barədə yazdığı “Həyatül-həyəvan” əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir. İbn Əvvamın (XII əsr) kənd təsərrüfatına aid kitabları da orta əsrlərdə məşhur olmuşdur.

TARİX VƏ MEMARLIQ

Tarixşünaslığın ən görkəmli simalarından biri olmuş İbn Xəldun (1332-1406) sosiologiya elminin banisi olaraq xatırlanır. O, öz əsərləri ilə bir çox Qərb alimi üçün yol açmışdır.

Memarlıqdan söz düşərkən, hamdan öncə ölümsüz əsərləriylə yaşayan Memar Sinan (1489-1588) yada düşür.

Опубликовано:28 Май, 2019, Просмотров:1197
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog