Русская версия  |  Əsas səhifə

“Fatihə” surəsinin təfsiri

On birinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-989.html; http://az.islam.az/article/a-992.html; http://az.islam.az/article/a-1007.html; http://az.islam.az/article/a-1011.html; http://az.islam.az/article/a-1012.html; http://az.islam.az/article/a-1020.html;http://az.islam.az/article/a-1028.html; http://az.islam.az/article/a-1049.html; http://az.islam.az/article/a-1050.html; http://az.islam.az/article/a-1051.html;   http://az.islam.az/article/a-1055.html)

(İkinci ayə - “Əlhəmdu lillahi Rəbbil-aləmin”)

Aləmlər

Məqalənin ötən bölümündə yerdənkənar sivilizasiyaların mövcudluğuna işarə kimi dəyərləndirilə bilən ayələrdən bəzilərini qeyd etmişdik (Şura, 29; Nəhl, 49-50; İsra, 44).

Həmin ayələrdə göylərin və yerin canlı sakinlərindən söhbət açılır. Həm də bu canlıların mələklərdən fərqli olduqları bildirilir.  Məlumdur ki, yalnız Yer səması (birinci səma) quşlarla məskunlaşıb. Deməli, səmanın daha yüksək qatlarında başqa növ canlıların yaşadığını fərz etməyə ciddi əsas vardır.

Bu mövzuda olan hədisləri də dediklərimizə əlavə etsək, xeyli inandırıcı bir mənzərə ilə qarşılaşarıq.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın on iki min aləmi var, hər aləm yeddi səmadan və yeddi yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısına hüccətəm” (Nurüs-səqəleyn təfsiri, 1-ci cild, səh. 16-17).

İmam Əlidən (ə) rəvayət edilən bir hədisdə buyurulur: “Səmada gördüyümz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərlərdir. Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsi ilə əlaqə saxlayırlar” (Təfsiri-nümunə, 20-ci cild, səh. 439; Şeyx Abbas Qumi. Səfinətül-Bihar, 2-ci cild, səh. 574).

Bu iki hədisdəki bəzi ifadələrə xüsusi diqqət çəkmək istərdik. Birinci hədisdə “o aləmlərdən heç biri sizə görünmür” cümləsi güclü teleskoplardan istifadə etməklə aparılan müşahidələrə işarə ola bilər. Həqiqətən, bu gün istər Yerdə qurulan, istərsə də kosmosun ənginliklərinə göndərilən güclü müşahidə qurğuları fəaliyyətdədir. İnsan zəkası bu qurğuların gücünü və iş qabiliyyətini artırmaq istiqamətində ardıcıl işləyir. Hər il əvvəlkindən daha artıq məsafələri müşahidə etmək imkanına yiyələnirik. Bununla belə, yenə alimlər etiraf edirlər ki, kosmosun cüzi bir hissəsini cihazlarla görmək imkanına sahibik. Əldə etdiyimiz əksər məlumatlar isə vizual müşahidəyə deyil, mürəkkəb hesabatlara əsaslanır. Kainat o qədər nəhəngdir ki, nə zamansa insanın ən güclü cihazlarla belə, kainatı bütövlükdə görə biləcəyini düşünmək çətindir.

İkinci hədisdəki “nur sütunları” ifadəsi isə şüa və dalğalar vasitəsilə qurulan rabitəyə işarə ola bilər. Həqiqətən, bu gün bir çox elm sahələrində elektromaqnit, rentgen, lazer kimi şüa və dalğalardan istifadə edilir. Elm səviyyəsinin daha yüksək olduğu məkanlarda “nur sütunları” adlandırılan rabitə növlərindən istifadə edilməsi də tamamilə mümkün haldır.

Məşhur Quran təfsirçilərindən sayılan Mücahiddən rəvayət etmişlər ki, bizim Kəbə 14 Kəbədən dördüncüsüdür və hər asimanda Kəbə vardır.

Qütadə adlı ravi isə belə söyləmişdir: “Allah yeddi səma və yeddi yer yaratdı, onların hər birində varlıqlar xəlq etdi. Bu səmalarda və yerlərdə Allahın tamam fərqli hökm və əmrləri işləyir”.

Ötən əsrlərdə yaşamış Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, Allaha həmd edən canlıların varlığı barədə ayələri izah edərkən, yerdənkənar sivilizasiyaların mövcudluğu ehtimalını inandırıcı saymışlar. Zəməxşəri, Fəxr Razi və Əbussüud kimi görkəmli Quran mütəxəssisləri həmin ayələrin təfsirində belə yazmışlar: “Mümkündür ki, Allah səmalarda yerdəkilərə bənzər canlılar yaratmışdır və yerdəki canlılar gəzib dolaşdığı kimi, səmanın sakinləri də orada gəzib-dolaşır, ömür sürürlər” (Əbdülğəni əl-Xətib. Quran və bugünkü elm, səh. 229-232).

İmam Mühəmməd Baqir (ə) hədislərin birində buyurmuşdur ki, Allah-Taala min-min (milyon) aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və Sonuncu Adəmin nəsliyik (Mələki Təbrizi. Əsrarüs-səlat, səh. 367).

Yenə İmam Baqirdən (ə) rəvayət edilən bir hədisə görə, Allah bizim Günəşdən əlavə, daha qırx Günəş, bizim Aydan əlavə daha qırx Ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi qırx illik yoldur. Onların hər birində çoxlu canlı yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç xəbərləri yoxdur (Seyyid Haşim Bəhrani. Əl-Bürhan təfsiri, 1-ci cild, səh. 47).


Опубликовано:30 Август, 2019, Просмотров:1180
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog