Русская версия  |  Əsas səhifə

Onlara “vəhhabi” demək düzgün deyilmi?

Vəhhabilik – XVIII əsrin ortalarında İslamın hənbəlilik məzhəbi daxilində yaradılmış dini cərə¬yandır. Təriqətin əsası Məhəmməd ibn Əbdülvəhhab adlı ərəbistanlı şəxs tərəfindən qoyulduğu üçün, onun atasının adı ilə “vəhhabilik” adlandırılır.

Məhəmməd ibn Əbdülvəhhabın atası və qardaşı hənbəli məzhəbində idilər. Atası Əbdülvəhhab ibn Süleyman indiki Səudiyyə Ərəbistanının Nəcd vilayəti ərazisində, Riyad şəhərinin 70 km.-liyindəki Üyeynə qəsəbəsində yaşayırdı və bu şəhərin qazısı idi. Qardaşı Süleyman da hənbəli məzhəbinin görkəmli alimlərindən sayılırdı və Mühəmməd ibn Əbdülvəhhabın batil fikirlərinə qarşı yazılmış ilk rəddiyyə kitabının müəllifi də o idi (“əl-Səvaiq əl-ilahiyyə fi-l-rədd əla-l-vəhhabiyyə”).

Sonralar vəhhabiliyin ardıcılları onlara “vəhhabi” adı verilməsini təxribat və düşmən əməli adlandırdılar və özlərinə qarşı təhqir hesab etməyə başladılar. Onlar özlərini daha çox “sələfi” və “əhli-tövhid” adlandırmağı xoşlayırlar. Bununla da onlardan başqa bütün məzhəb və təriqətlərin sələf yolundan, tövhid əqidəsindən uzaqlaşdığını qabartmaq istəyirlər. Vəhhabilər, onları “vəhhabi” adı ilə çağıranlara etiraz edib deyirlər ki, hər hansı məzhəbi öz banisinin atasının adı ilə adlandırmaq tarixdə nümunəsi görünməmiş yanlış işdir. Lakin İslam tarixində bir neçə məşhur məzhəbin adı məhz bu yolla yaranıb.

Məsələn, dörd əhli-sünnə məzhəbindən biri olan hənbəliliyin banisi Əhməd ibn Hənbəl Şeybanidir və bu məzhəb Əhmədin atası Hənbəlin adı ilə məşhurlaşmışdır. Heç bir hənbəli məzhəbli müsəlman bu adı özünə təh¬qir kimi qəbul etmir. Əksinə, hənbəli alimlərinin öz kitablarında məzhəb məhz bu cür adlandırılır.

Həmçinin, məşhur tarixçi və təfsirçi Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri də fiqhdə yeni bir məzhəb yaratmış və bu məzhəb onun atasının adı ilə cərriyyə adlandırılmışdı. İslam tarixinin ilk əsrlərində yaradılmış bir çox başqa məzhəblər kimi, cəririyyə də qısa müddətdən sonra 4 əhli-sünnə məzhəbi ilə rəqabətə dözməyib, unudulmuşdur. Lakin Təbəri ilə müasir olmuş və ondan dərs almış bir neçə məşhur alim bu məzhəbi qəbul edərək “Cəriri” ləqəbi ilə tanınmışdılar. Məsələn: Məafi ibn Zəkəriyya Nəhrivani Cəriri (vəf. miladi 1000-ci il), Əli ibn Yəhya Münəccim (vəf. miladi 939-cu il) və başqaları.

Bunlardan əlavə, İslam tarixinin ilk əsrlərində yaranıb, qısa müddət ərzində fəal olmuş, lakin son¬ralar unudularaq adları yalnız tarix kitablarında qalmış bəzi məzhəblər də onları yaradan şəxslərin atasının adı ilə məşhur olmuşdur. Məsələn, Möminüt-taq ləqəbli Məhəmməd ibn Nöman tərəfin¬dən əsa¬sı qoyulmuş kəlam (fəlsəfə) məktəbi nömaniyyə adlanırdı.

Zeydi məzhəbinin qollarından olan ibriqiyyənin banisi İbad ibn İbriq Kufi, salihiyyənin banisi isə Həsən ibn Salih Kufi Sövri idi. Göründüyü kimi, bu məzhəblərin hər ikisinin adı banisinin atasının adı ilə əlaqəlidir.

Hətta bütün İslam məzhəblərinə qarşı müharibə elan etmiş anarxist təmayüllü xəvaric hərəkatının da bir neçə qolu öz banilərinin atasının adı ilə məşhur idi. Məsələn, əbaziyyə məzhəbini Abdullah ibn Əbaz Təmimi, əzrəqiyyə məzhəbini Nafe ibn Əzrəq yaratmışdı. Bu siyahını davam etdirmək də olar. Bu barədə ətraflı məlumat almaq istəyənlərə İslam məz¬həb və təriqətlərinin tarixinə həsr edilmiş kitablara nəzər salmağı tövsiyə edirik.

Опубликовано:7 Декабрь, 2016, Просмотров:3087
Последние комментарии : 2
Автор: hemfer | 9 Декабрь, 2016 15:22
# Ответить
+1


]]>]]>

Vehhabilik ve Məhəmməd Necdi (ibn Əbdülvəhhab)haqda etrafli ve obyektiv melumat almaq isteyenler bu kitabi oxusun:http://kitab.nur-az.com/az/lib/view/190 Kitab mister hemfer adli ingilis casusunun etiraflarindan ibaretdir,bu vehhabilik teriqetinin nece yarandigi chox deqiq izah edilib. Ingilisler bir bomba duzeldib atdilar muselmanlarin icine,o gunden gunumuz qaradir.Butun sherqe atom bombasi atsaydilar Islam ummeti o qeder eziyyet chekmezdi,hansiki bu vehhabilerden chekir.
Автор: Sanepidstansiya | 9 Декабрь, 2016 17:35
# Ответить
+1


]]>]]>

Bakterioloji bomba.
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog