Русская версия  |  Əsas səhifə

Misirdə silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb

Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.

İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Əl Əriş şəhər xəstəxanasının yaxınlığında baş verib. İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

Qeyd edək ki, yanvarın 9-da Əl-Əriş şəhərində nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 9 polis əməkdaşı ölüb, 10-u isə yaralanıb.

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

Опубликовано:12 Январь, 2017 05:57
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog