Русская версия  |  Əsas səhifə

Namazda Fatihə surəsindən sonra “amin” deyilməlidirmi?

Oxucu sual verir: Namazda Fatihə surəsindən sonra “amin” deyilməlidirmi?

Bu mövzuda İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra “amin” söyləmək sünnətdir. Amma əhli-sünnənin dörd məzhəbində bunun hökmlərinin xırdalıqlarında fərqlər var. Hənəfi məzhəbində həm namaza başçılıq edən imamın, həm də ona iqtida edən şəxsin “amin” sözünü astadan deməsi tövsiyə edilib. Şafii və hənbəli məzhəblərində qiraəti ucadan oxunan rükətlərdə “amin” sözünün uca səslə, qiraəti astadan oxunan rükətlərdə isə astadan deyilməsi sünnətdir. Maliki məzhəbində imam ucadan, ona iqtida edənlər isə astadan “amin” deyirlər. Cəfəri məzhəbində isə namazın qiraətindən sonra “amin” söyləmək nəinki bəyənilmir, hətta bu əməl qəsdən edilsə, namaz batil olur.

Опубликовано:12 Январь, 2017 07:25
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog