Русская версия  |  Əsas səhifə

Türkiyədə 129 min dövlət məmurunun FETÖ ilə əlaqəsi araşdırılır

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) aid “ByLock” kompüter-əlaqə proqarmından istifadə etmiş 129 min dövlət məmuru ilə bağlı araşdırma aparılır.

İslam.az “Report”a istinadən xəbər verir ki, onlar FETÖ ilə əlaqə saxlamaqda və ya bu təşkilata üzv olmaqda şübhəli bilinirlər.

İnformasiyaya görə, 129 min nəfərlik siyahı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) araşdırmaları və dövlətin digər qurumlarının əldə etdikləri məlumatlara əsasən tərtib edilib.

Həmin məmurla bağlı məsələnin araşdırılması Konstitusiya Cinayətinə qarşı Mübarizə Prokurorluğuna tapşırılıb.

Qeyd edək ki, “ByLock” proqramı vasitəsi ilə FETÖ-çular öz aralarında əlaqə saxlayırmış.

Опубликовано:12 Январь, 2017 09:18
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog