Русская версия  |  Əsas səhifə

“Taliban”la sülh danışıqları Omanda davam edəcək

İslam.az-ın Eastnews-a istinadla verdiyi xəbərə görə, Pakistan, ABŞ, Çin və Əfqanıstandan olan nümayəndələr gələn həftə “Taliban” terror qruplaşması ilə sülh danışıqları üçün yenidən Omanda görüşəcəklər.

Pakistan Xarici İşlər Nazirliyindəki mənbələr “Taliban” nümayəndələrinin görüşlərə qatılıb-qatılmayacağının hələ dəqiq olmadığını bildirirlər.   “Taliban” qaynaqları isə Omandakı görüşlərə rəsmi dəvət almadıqlarını iddia ediblər.   Qeyd edək ki, dörd ölkə Əfqanıstan hökuməti və “Taliban” qruplaşması arasında sülh yaratmaq istəsələr də, hələ ki, buna nail ola bilməyiblər.

Опубликовано:12 Октябрь, 2017 10:39
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog