Русская версия  |  Əsas səhifə

Nəcəfdə Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək

Ötən gün Nəcəf şəhərində  İmam Əlinin (ə) hərəminin  və Nəcəf əyalətinin məsul şəxslərinin iştirakı ilə  Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə hazırlıq işlərinə dair iclas keçirilib.

İslam.az Maide.Az-a istinadla xəbər verir ki,  iclasda Ərbəin zəvvarlarının  Nəcəf əyalətində qarşılanması və yerləşdirilməsi ilə bağlı 6 yerin ayrılmasına qərar verilib.

Ərbəin ziyarətinə gedən zəvvarlara  İmam Əlinin (ə) hərəminin mərkəzi qonaq evində,  hərəmin Həzrət Zəhra (s) adına eyvanında, Əl-Hövli yolunda zəvvarların qonaq evində,   Nəcəf – Kərbəla yolunda  96-cı sütunun yaxınlığında yerləşən “Ya Hüseyn” qonaq evi, və İmam Əlinin (ə) hərəminin avtomobil dayanacağının yaxınlığında  Mərkəzi Aşpazxanada  hazırlanacaq yerlər xidmət göstəriləcək.

Zəvvar üçün  adı çəkilən yerlərdə həm yemək və həmdə istirahət üçün şərait yaradılacaq.


Опубликовано:12 Октябрь, 2017 11:28
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog