Русская версия  |  Əsas səhifə

Çində İslami kitabların çap və satış mərkəzinin sahibi həbs olunub

Çin hökuməti  Pekin şəhərində İslami kitabların çapı və nəşri ilə məşğul olan "İslami kitabların çapı və satışı mərkəzi"ni bağlatdırıb və sahibini terrorçuluq və radikalizmi yaymaqda günahlandıraraq həbs edib.

İslam.az İQNA-ya istinadla xəbər verir ki, buna səbəb Çinin kommunist partiyasının milli konqresinin keçirilməsi olub.
Çin dövləti Quran nüsxələrinin və dini əşylarının əhalidən toplanılması, uyğur müsəlmanlara hotel xidmətlərinin qadağan edilməsi, İslami geyimlərin və İslami simvolların istifadəsinə qadağa,  İslami adların qoyulmasının qadağan olunması və s. bu kimi addımları yaxın günlərdə kommunist partiyasının keçiriləcək konqresin təhlükəsizliyi təmin etmək məqsədi ilə etdiyini açıqlayıb.
Qeyd edək ki, bağlanan mağaza Çinin Pekin şəhərində fəaliyyət göstərdi və kitablarını "islambook.net" saytı vasitəsilə satırdı.
Xatırladaq ki, "islambook.net" saytı müxtəlif mövzularda dini kitabların, dini əşyaların, İslami incəsənət əsərlərinin, dini geyimlərin və halal qida məhsullarının satışı ilə məşhur olan bir saytdır.

Опубликовано:12 Октябрь, 2017 12:30
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog