Русская версия  |  Əsas səhifə

BMT-dən şok açıqlama: Rohinciyalı qaçqın uşaqların 90 faizi acdır

BMT-nin Uşaq Fondu (UNICEF) Banqladeşə sığınan  Rohinciyalı müsəlman qaçqınların durumunun acınacaqlı və 90 faizinin ac olduğunu açıqlayıb.

İslam.az  Rusiya mətbuatına istinadla xəbər verir ki, UNICEF qaçqınların gün ərzində yalnız  bir dəfə yemək imkanına malik olduğunu bildirib.

Məlumata görə,  Banqladeşə sığınan Myanmalı müsəlmanlardan təxminən 150 min qadın və uşağın qidalanması  üçün təcili yardım lazımdır. Qaçqın düşərgəsində ehtiyac olan ən önəmli içməli su t və tibbi yardımlardır.

Düşərgədə olan qaçqınlar arasında  1128  valideynsiz (yetim) uşaq qeydə alınıb.

Qeyd edək ki, bundan öncə UNİCEF Banqladeşin  Koks Bazar düşərgəsində təxminən 300 min uşaq "dözülməz şəraitdə" yaşadığı barədə məlumat yaymışdı.

Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı  hücumlarının ardınca  bu bölgədən  515 mindən çox Rohingiyalı müsəlman  Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.


Опубликовано:12 Октябрь, 2017 11:57
В этом разделе:
Последние комментарии : 1
Автор: Nazim | 12 Октябрь, 2017 19:03
# Ответить
+1


]]>]]>

Bütün islam aləmi Allah qarşısında bu uşaqlar və qadınlara yardım etməyə borcludur,ən azından cəmi dünya müsəlmanları onların su və qida ehtiyaclarını ödəməyə qadirdir və etməlidirlərdə,qiyamət günü buna görə sorğu sual olunacağımız zaman hec nə etmədik cavabını verməməkcin!
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog