Русская версия  |  Əsas səhifə

Almaniyada İslam bayramları rəsmi tətil günü ola bilər

Almaniya daxili işlər naziri Tomas de Maiziere, ölkənin bəzi  bölgələrində müsəlmanlar üçün tətil gününün tətbiq edilməsi mövzusunda danışıqlar aparmağa  hazır olduğunu bildirib.

İslam.az xarici KİV-lərə istinadla xəbər verir ki, Xristian Demokrat Birlik Partiyasının (CDU) Aşağı Saksoniya əyalətində bazar günü keçiriləcək əyalət məclisi seçkilərinə qatılan  Wolfenbüttel Tomas De Maiziere şəhərində təşkil etdiyi seçki mitinqində bu barədə danışıb.

Allerheiligen adı ilə tanınan,  Katoliklərə aid dini tətil gününün də yalnız Katolik xristianların yaşadığı bölgələrdə uyğulanacağına toxunan de Maiziere, müsəlmanların sıx yaşadığı yerlərdə bayram gününün rəsmi olaraq  qeyd olunmasının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Almaniyanın  16 əyalətində yerli hökumətlərin öz istəyinə uyğun olaraq fərqli şəkildə rəsmi tətil günləri tətbiq olunur.

Опубликовано:12 Октябрь, 2017 12:59
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2017 All right reserved www.islam.az waplog