Русская версия  |  Əsas səhifə

Qəbristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əlləri yuyurlar. Bunun dinlə əlaqəsi varmı?

Oxucu sual verir: Qəbristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əlləri yuyurlar. Bunun dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqdan sonra evə girməzdən əvvəl əlləri yumağın dinimizlə əlaqəsi yoxdur. Bu, mövhumata və xurafata bağlı olan hərəkətdir. İnsanlar elə düşünürlər ki, guya qəbristanlıqdan özləri ilə mənfi enerji gətirmişlər və evə girməzdən əvvəl bu enerjidən xilas olmaq üçün əlləri yumaq lazımdır. Hətta paranormal elmlərlə məşğul olan ekstrasenslər də bunu edirlər. Əslində qəbristanlıqda heç bir mənfi enerji yoxdur və məzarlıqdan gələn insan birbaşa evə girərsə heç bir bədbəxtlik baş verməz.

Опубликовано:13 Февраль, 2018 05:41
В этом разделе:
23 Февраль, 2018
Tərki-övla nədir?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog