Русская версия  |  Əsas səhifə

İstanbuldakı Ayasofiya məscidinin adı hansı mənanı ifadə edir?

Oxucu sual verir: İstanbuldakı Ayasofiya məscidinin adı hansı mənanı ifadə edir?

Ayasofiya məbədi hələ Bizans imperiyasının zamanında kilsə olmuşdur. Bu yerdə 3 dəfə kilsə tikildiyini yazırlar. Birinci kilsə qədim yunan məbədinin qalıqları üzərində inşa edilmişdi. Sonralar kilsə dağıdılmış, yerində ikinci kilsə, onun yanmasından sonra 532-537-ci illərdə üçüncü Ayasofiya kilsəsi ucaldılmışdı. “Ayasofiya” sözü iki kəlmədən ibarətdir. Yunan dilində “aya” – “müqəddəs” deməkdir. “Sofiya” kəlməsi isə “ilahi bilik” mənasını verir, bu, xristianlıqda Tanrının vacib sifətlərindən biridir.

Ayasofiya kilsəsi təqribən min il ərzində Konstantinopol patriarxlığının mərkəzi ibadətgahı və pravoslavlığın paytaxtı sayılmışdır. 1453-cü ildə Osmanlı imperiyası Konstantinopolu fəth etdikdən sonra Ayasofiya kilsəsi məscidə çevrildi. Kilsə əsaslı təmir edildi və binaya dörd minarə əlavə olundu. Lakin kilsənin daxili quruluşu ziyana uğramadı, yalnız insan təsviri olan divar rəsmlərinin üzəri nazik suvaqla örtüldü. Bu suvaq qatı elə çəkilmişdi ki, altda qalan təsvirlərə zərər vurmasın və istənilən vaxt onu qaldırmaqla təsvirlər aşkara çixa bilsin.

Məbəd 500 ilə yaxın məscid kimi fəaliyyət göstərdi. 1935-ci ildə Ayasofiya məscidi muzey elan edildi. Hal-hazırda abidənin daxili quruluşu əvvəlki vəziyyətinə qaytarılmışdır.

Опубликовано:20 Февраль, 2018 05:52
В этом разделе:
21 Сентябрь, 2018
Zeyd ibn Ərqəm kimdir?
18 Сентябрь, 2018
Etikaf nə deməkdir və necə edilir?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog