Русская версия  |  Əsas səhifə

"Allahlıq etməyi O bilir”

“Bəni-İsrail qövmündən bir nəfər uzun illər ibadət etdi. Allah-Taala onun xəlvət (hamıdan gizli) halını mələklərə göstərmək istədi. Bir mələyi onun yanına yolladı ki, ona söyləsin: “Nə vaxta kimi (nəfsinlə) mücahidə edib (nəfsini) əziyyətə salacaqsan? Onsuz da sən (cənnətə düşməyə) layiq deyilsən!” Mələk gəlib xəbəri çatdırdı. Abid cavab verdi: “Məni bəndəlikdən ötrü yaratdılar. Mənim işim bəndəlik etməkdir, Allahlıq etməyi O bilir”. Həmin mələk Allahın hüzuruna qayıdıb dedi: “İlahi! Sən bütün sirlərdən xəbərdarsan, özün bilirsən ki, o abid nə dedi”. Allahdan xitab gəldi: “O, öz bəndəliyindən dönmür, Biz də öz kərimliyimizlə ondan üz döndərmərik. Ey mələklərim! Şahid olun ki, mən onu bağışladım!”

(Qəzzalinin “Nəsihətnamə” kitabından)

 

Опубликовано:20 Февраль, 2018 11:52
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog