Русская версия  |  Əsas səhifə

10 yaşlı oğlan velosiped üçün topladığı pulu məscid tikintisinə bağışladı

Dağıstanın Şamil rayonunun Assab  kəndinin 10 yaşlı sakini Mahaçqala və Kaspiysk şəhərləri arasında yerləşən  İsa peyğəmbər adına Ruhani-Maarifləndirmə  Mərkəzinin tikintisinə öz dəstəyini verib.

Islam.az Moderator.az-a istinadla xəbər verir ki, Abducalil Maqomedov adlı bu məktəbli nəhəng məscid- kompleksin tikintisinə 11 min rubl bağışlayıb. Uşaq əvvəlcə bu pulları öz azrusunun həyata keçirilməsi üçün- yüksək sürətli velosiped toplayıb. Lakin müsəlman ibadətgahının tikintisi barədə xəbər tutduqdan sonra fikrini dəyişib. Abducalil  10 rublluq əskinasları pul daxılında saxlayıb.

Qeyd edək ki,  Dağıstanda sözügedən məscid-kompleksin tikintisi üç ildən artıqdır davam edir. Həmin dövrdə bir çox Dağıstan sakini  məscidin tikintisinə sərmayə qoyub.  Mərkəzdə məsciddən əlavə, məktəb, uşaq bağçası, kitabaxana və s. olacaq.

Опубликовано:9 Февраль, 2019 16:12
В этом разделе:
20 Апрель, 2019
“Amman Bəyannaməsi” nədir?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog