Русская версия  |  Əsas səhifə

Misirdə oğlanlar qızları boykot etdilər: "Evlənmə, qoy evdə qalsın"

Misirli gənclərin sosial şəbəkələrdə "Qoy evdə qalsın" şüarı ilə başladığı boykot kampaniyası qısa müddətdə ölkə gündəminə çevrilib.

Gənclər bu etirazlarını evlilik, toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqələndiriblər.

Mövzu ilə bağlı diskussiyalara siyasətçilər, media mənsubları, din xadimləri və sənətçilər də qoşulub.

Misirli qızlar oğlanlara cavab olaraq, "Ananın qucağında qal" şüarı ilə kampaniya başladıblar.

Xatırladaq ki, belə bir mövzunun gündəmə gəlməsinə ölkədə nəşr edilən "El-Yevm es-sabi" qəzetinin "Qoy evdə qalsın" kampaniyası ilə bağlı sorğusu olub. Sorğunun nəticələrinə görə, iştirakçıların 44 faizi boykotu dəstəkləyərkən, 53 faizi yox deyib. 3 faiz bir qrup isə "fikrim yoxdur" deyə cavab verib.

Опубликовано:11 Февраль, 2019 13:31
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog