Русская версия  |  Əsas səhifə

Qaradərili hərbçi Böyük Britaniya ordusundan irqçiliyə görə 490 min funt təzminat alacaq

Böyük Britaniya ordusunun qərədərili hərbçisi ölkənin Müdafiə Nazilriyindən ona qarşı digər hərbi qulluqçuların və rəhbərliyin irqçi hərəkətlərinə görə 490 min funt təzminat alacaq.

“Daily Mail” qəzetinin yaydığı materialda Lankaşir qraflığının sakini, kiçik kapral İnoke Momonakaya adlı hərbçi ilə hökumət arasında məhkəmə prosesinin düz 6 il çəkdiyi göstərilib.

40 yaşlı və 4 uşaq atası olan zərərçəkənin öz iddiasına görə onunla bağlı irqi zəmində həyata keçirilən hərəkətlər onu hətta özünü öldürmə həddinə çatdırıbmış. Həmkarları Momonakayaya xarici görünüşünə rişxənd edərək təhqirlərə məruz qoyublar. Özü də bütün bunlar onun İraq və Əfqanıstandakı ağır şərtlərdə keçən hərbi xidməti zamanı baş verib.

Məsələn, komandirləri təlim zamanı Momonakaya və onun kimi qaradərili hərbçilərə təlim zamanı şərti düşməni, çox vaxt da “Taliban” terrorçularını oynamağı tapşırıblar. Sonradan həmin təlimlərdən çəkilən videolar Əfqanıstana yeni gələnlər üçün dərslik kimi istifadə olunub.

Həmin qaradərili əsgərlərdən biri zabitlərin onlara “yəqin ki, sizə bu ərəb köhnə cır-cındırlarında gəzmək çox rahatdır. Çünki sizi taliblərdən ayırmaq olmur” dediyini söyləyib.

Momonakaya Britaniya ordusunda qaradərili əsgərlərə ikinci sort kimi baxıldığını qeyd edib. O, dəfələrlə bu barədə şikayət etməsinə rəğmən rəhbərliyin onun ərizələrini qulaqardına vurduğunu bildirib. Britaniyalı keçmiş hərbçi 2005-ci ildə 24 il xidmət müddətində xidmət göstərmək üçün gəldiyi ordunu 2012-ci ildə tərk etməli olduğunu söyləyib.

Böyük Britaniya Müdafiə Nazirliyi insidentlə bağlı olaraq xüsusi bəyanat yayaraq irqi ayrı-seçkiliyin silahlı qüvvlərdə yolverilməz olduğunu və bu tip hadisəələrə daha diqqətlə yanaşacaqlarını vurğulayıb.

Опубликовано:11 Февраль, 2019 14:00
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog