Русская версия  |  Əsas səhifə

Yeni Zelandiyada məscidlərdə atəş açılmasından sonra 4 nəfər saxlanılıb

Yeni Zelandiyanın Kraystçörç şəhərinin məscidlərində atəş açılmasından sonra 4 nəfər saxlanılıb.

Bu barədə yerli polis komissarı Mayk Buş məlumat verib.

O, polisin 3 kişi və 1 qadını saxladığını təsdiqləyib. Polis komissarı saxlanılanlar barədə əlavə məlumat verməyib.

M.Buş həmçinin mətbuat konfransında deyib ki, Yeni Zelandiyanın hüquq-mühafizə orqanları bir neçə əldəqayırma partlayıcı qurğu aşkar edib.

Yerli KİV-in məlumatına görə, Yeni Zelandiyanın məscidlərində atəşi bu ölkədə yaşayan avstraliyalı Brenton Tarrant açıb. O, hücum anını "Facebook" sosial şəbəkəsində yayımlayıb və internetə 37 səhifəlik manifest yerləşdirib. Bu şəxs Almaniya kansleri Angela Merkel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə hesablaşmaq istədiyini açıqlayıb.

Опубликовано:15 Март, 2019 07:23
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog