Русская версия  |  Əsas səhifə

Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilmişdir?

Oxucu sual verir: Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilmişdir?

Miladi XVII əsrdə yaşamış “Şeyx Bəhai” ləqəbli Bəhaüddin Məhəmməd Amuli həm dini, həm də dünyəvi elmlər sahəsində misilsiz məharət sahibi kimi tanınmışdı. O, nüfuzlu dövlət xadimi və Şah Abbasın sevimli vəziri idi. İsfahandakı “yellənən minarələr” və bir şamla qızınan hamam da Şeyx Bəhainin layihəsi əsasında tikilmişdir. Onun layihəsi əsasında min tikilinin inşa edildiyini yazırlar ki, bunlardan biri də Gəncə şəhərindəki Şah Abbas məscididir. Bu məscidin 400 illik minbəri mismarsız şəbəkə üsulu ilə hazırlanmışdır. Məscidin həyətindəki mədrəsədə vaxtilə Mirzə Şəfi Vazeh dərs demişdir. Maraqlıdır ki, hər gün zöhr vaxtı məscidin qərb divarının kölgəsi tamamilə itir, bununla da namaz vaxtının girdiyi bilinir.

Опубликовано:15 Март, 2019 07:29
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog