Русская версия  |  Əsas səhifə

Səudiyyə təyyarələri Yəməndə səhvən öz müttəfiqlərini bombalayıb

Səudiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri Yəməni tərk etmiş prezident Abdu-Rabbih Mansur Hadinin qüvvələrini səhvən hədəfə alıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının bu səhv hava zərbələri Yəmənin əl-Couf əyalətində endirilib.

Nəticədə Səudiyyə Ərəbistanı ilə müttəfiq olan yerli qüvvələrdən 10-dan artığı həlak olub və 20-i yaralanıb.

Qeyd edək ki, əl-Couf, Həcca, Səda və əl-Hudeyda əyalətləri hazırda ölkədə döyüş cəbhələrinin olduğu əyalətlərdir. Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Опубликовано:15 Март, 2019 10:28
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog