Русская версия  |  Əsas səhifə

ABŞ “düşmən”lərinin sayını açıqladı: 50-dən çoxdur

ABŞ dövlət departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Kiron Skinner 50-dən çox ölkənin ABŞ-a hücum etmə ehtimalının olduğunu dilə gətirib.

Bu barədə o, cümə axşamı Vaşinqtonda Mərkəzi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzini binasında açıqlama verib.

Skinner XX əsrin sonunda baş verən geosiyasi dəyişikliklər barədə düşünməyə çağırıb. Onun sözlərinə görə, ABŞ əvvəllər ölkəyə zərbə endirə biləcək yalnız iki beynəlxalq arena oyunçusuna görə narahat idi.

“Çinin nüvə silahı olsa da, rəqib deyildi, belə ki, soyuq müharibədən qalib ayrılmağa çalışırdı və kənarda dayanırdı. Biz isə həmin vaxt əsas diqqəti SSRİ ilə rəqabətə ayırırdıq”, - deyə Skinner bildirib.

Habelə amerikalı rəsmi əmin edir ki, hazırda Vaşinqtona güclü zərbə endirə biləcək ölkələrin sayı 50-dən çoxdur, bu isə ABŞ administrasiyasının ciddi narahatlığına səbəb olub. Onun sözlərinə görə, söhbət təkcə “fiziki” zərbədən getmir. Amerika düşmənləri ölkəyə kibermüharibə, iqtisadi müharibə, informasiya müharibəsi yolu ilə də zərər vura bilər.

Опубликовано:15 Март, 2019 11:31
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog