Русская версия  |  Əsas səhifə

Senator məsciddəki qətliamda müsəlmanları ittiham etdi

Avstraliyanın Kvislend ştatının senatoru Feryzer Anninq Yeni Zelandiyada məscidə hücumun səbəblərindən danışıb.

Bu barədə “NZ Herald” nəşri məlumat dərc edib.

Parlamentari KİV-ə bəyanatında bildirib ki, zorakılığın istənilən növünə qarşıdır və hücum edən şəxsləri qəti şəkildə qınayır.

Bununla belə o hesab edir ki, baş verənlər “həm Avstraliya, həm də Yeni Zelandiyada müsəlmanların çoxalması ilə bağlı cəmiyyətin qorxuya düşməsinin göstəricisidir”.

Onun sözlərinə görə, əsas səbəblər silahla bağlı qanunda və millətçi baxışlarda deyil.

“Bu gün Yeni Zelandiyada baş verən qətliamın əsas səbəbi radikal müsəlmanlara miqrasiya etməkdə icazə verən immiqrasiya proqramıdır”, - senator yazıb.

Anniq həmçinin qeyd edib ki, müsəlmanlar hadisənin qurbanları olsalar da, ümumilikdə onlar cinayətkardırlar, və o, bütün baş verənlərə görə bütün məsuliyyəti İslamın üzərinə qoyub.

“Bu faşizmin dini ekvivalentidir”, - o hesab edir.

Senator bəyanatını sosial şəbəkələrdən silməyə məcbur olub, lakin onun yazısı tez bir zamanda yayılıb.

Sosial şəbəkələrdə siyasətçini “iyrənc” adlandırıblar, onun bəyanatını isə zorakılığa çağırış kimi qiymətləndiriblər.

Xatırladaq ki, Yeni Zelandiyada iki məscidə silahlı hücum cümə günü, martın 15-də baş verib. Terrorçular Kraysçerç şəhəri və Linvud yaşayış məntəqəsində günorta namazından sonra məscidə basqın edərək insanlara atəş açıblar. Nəticədə 49 dinc sakin həyatını itirib.

İnsidentdən sonra polis ölkədə bütün məscidləri bağlamağı xahiş edib.

Hücumdan sonra dörd nəfər – üç kişi və bir qadın saxlanılıb.

Опубликовано:15 Март, 2019 14:55
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog