Русская версия  |  Əsas səhifə

Yəhudi təşkilatları Trampdan Netanyahunu dayandırmasını istədi

İsrailin Baş naziri Binyamin Netanyahunun İudeya və Samariya dairəsinin bəzi rayonlarının anneksiaysı barədə son bəyanatlarını nəzərə alaraq, doqquz yəhudi təşkilatı, o cümlədən nüfuzlu İslahat və Konservativ hərəkatı, ABŞ prezidenti Donald Trampa müraciət edib. Onlar Amerika başçısından İsrail-Fələstin münaqişəsinin iki dövlət formulu əsasında həll edilməsi imkanının qorunmasını xahiş ediblər.

Islam.az-ın verdiyi xəbərə görə, Yəhudi Teleqraf Agentliyi (JTA) diqqəti bu müraciətin “qeyri-adi xarakterinə” cəlb edir: söhbət İsrailin Baş nazirinin qarşısını almağa çağıran aparıcı yəhudi qurumlardan gedir.

“Zənnimizcə, anneksiya israillilər və fələstinlilər arasında daha ciddi münaqişəyə səbəb olacaq və İsrail ilə Fələstin Muxtariyyatı arasında təhlükəsizlik sahəsində uğurlu koordinasiyaya ciddi zərbə vuracaq, hətta bəlkə də məhv edəcək. Bu, həmçinin İsrailin təcridinə çalışan BDS hərəkatının səylərinə yeni nəfəs verəcək”, - müraciətdə deyilir.

“Bu, ABŞ-da ciddi parçalanmaya gətirib çıxaracaq və İsrailin şəksiz dəstəyinə təhlükə yaradacaq”, - Amerika ravvinlərinin Mərkəzi Konfransı, İslahat yəhudiliyi İttifaqı, Konservativ yəhudiliyin Birləşmiş sinaqoqu, “Mərkəz” Konservativ sionizm Hərəkatı, Antidiffamasiya Liqası, “Ameynu” Liberal sionizm qrupu, Yəhudi qadınlarının Milli Şurası və digərlərinin imza atdığı sənəddə vurğulanır.

Netanyahunun Qərb sahilindəki ərazilərin anneksiyasının mümkünlüyü barədə bəyanatından narahatlıqlarını Demokrat partiyasının 4 aparici İsrailyönlü xadimi də ifadə edib.  Konqresmenlər Eliot Engel, Nita Loui, Ted Deyç və Bred Şnayder Netanyahunu ərazilərin anneksiyasından imtina etməyə çağırıblar. Onların fikrincə, bu addım davamlı ərazisi olan Fələstin dövlətinin yaranması şanslarını azaldacaq.

Qeyd edilir ki, sözügedən konqresmenlər Demokratik partiyanın ən İsrailmeyilli üzvləridir və AIPAC lobbi təşkilatı ilə əlaqəlidirlər.

“Bütün həyatımızı İsrailin dəstəklənməsinə həsr edən insanlar kimi, biz Qərb sahilindəki ərazilərin mümkün anneksiyasından çox narahatıq”, - bəyanatda vurğulanır.

Опубликовано:13 Апрель, 2019 17:17
В этом разделе:
18 Апрель, 2019
Fahişə nümunə olarsa
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog