Русская версия  |  Əsas səhifə

On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?

Oxucu sual verir: Dini kitablarda On ikinci İmamın adından sonra mötərizədə (ə.f) hərfləri yazılır. Bunun mənası nədir?

Müqəddəs adları yazdıqdan və söylədikdən sonra onlara olan hörmətimizi göstərməliyik. Məsələn, imamların adlarından sonra “əleyhissalam” deyilir, yaxud bunun qısaldılmış şəkli olan (əs) və ya (ə) yazılır. Həzrət Mühəmməd Peyğəmbərin adı çəkiləndə və ya yazılanda isə salavat söyləmək, həzrətin özünə və nəslinə salam göndərmək az qala vacib səviyyəsində təkid edilən müstəhəb əməldir. On ikinci İmamın zühurunu gözləmək və buna hazırlaşmaq hər bir müsəlmanın vəzifəsidir. O həzrətin adı çəkilərkən ərəb dilində “Allah onun zühurunu tezləşdirsin” mənasını verən “əccəlallahu fərəcəhu” ifadəsi deyilir. Yazıda bunu qısa şəkildə baş hərfləri ilə (ə.f) formasında ifadə edirlər.

Опубликовано:15 Апрель, 2019 07:12
В этом разделе:
13 Апрель, 2019
Abdullah ibn Səba kim olub?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog