Русская версия  |  Əsas səhifə

Avropada müsəlmanlara qarşı daha bir təxribat

Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib.

İslam.az Publika.az-a istinadla xəbər verir ki, Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.

Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçlılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.

Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.

Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazını protest etmiş və “Qurani-Kərim” kitabını yandırmışdı.

Опубликовано:15 Апрель, 2019 10:11
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog