Русская версия  |  Əsas səhifə

Şabanın 15-i (Bəraət) gecəsinin əməlləri (aprelin 20-dən 21-nə keçən gecə)

Bu il aprelin 20-dən 21-nə keçən gecə şaban ayının 15-ci gecəsidir.

Şəban ayının 15-i bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – "tam ayrılma" deməkdir.  Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.

Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.

Şabanın on beşi həmçinin imam Mehdinin (ə) mövlud günü kimi qeyd edilir (xalq arasında "Nimeyi Şaban" kimi tanınır).

İmam Cəfər Sadiqdən (ə) edilən rəvayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

a. Qüsl

b. Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.

c. İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerinə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rəvayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyni (ə) bu gecədə ziyarət etsə ona Həcc və Ümrə savabı yazılar. Kərbəlaya getmək imkanı olmayanlar açıq havada hündür bir yerə çıxıb sağa və sola baxıb bu sözləri desinlər: "Əsəəlamu-əleykə, ya Əba Əbdillah! Əssəlamu aleykə və rəhmətullahi və bərəkətuh".

Allah ibadətlərinizi qəbul eləsin!

Опубликовано:19 Апрель, 2019 08:09
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog