Русская версия  |  Əsas səhifə

İftar vaxtı çatanda əvvəlcə yemək daha yaxşıdır yoxsa məğrib namazını qılmaq?

Oxucu sual verir: İftar vaxtı çatanda əvvəlcə yemək daha yaxşıdır yoxsa məğrib namazını qılmaq?

İftar vaxtı çatanda namazı yoxsa iftarı əvvəl etmək insanın öz ixtiyarında olan məsələdir. Bu ikisindən heç biri günah deyil. Amma müəyyən şərtlər daxilində bunlardan birini etmək daha çox savab olur. Əgər süfrə arxasında gözləyən varsa (məsələn, iftar məclisində), bu halda əvvəlcə süfrəyə əyləşmək və iftar etmək, sonra namazı qılmaq daha yaxşıdır, çünki məclis əhlini gözlətmək yaxşı deyil (əgər ümumi razılıq əsasında bütün məclis əhli əvvəlcə namazı qılıb, sonra iftar etməyi qərara alsalar, istisna sayılır). Tək olduqda isə əvvəlcə namazı qılıb, sonra iftar etmək məsləhətdir. Çünki iftardan sonra adətən bədən ağırlaşır və ibadət etməyə həvəs azalır. Daha yaxşı olar ki, iftar vaxtı çatanda adam bir az su içsin və ya çay-xurma ilə iftarını açsın, namazını qılsın və sonra süfrə arxasına qayıdıb yemək yesin. Əgər aclığa dözümü yoxdursa və namazı könülsüz qılacaqsa, əvvəlcə iftar etsin, sonra namazı qılsın.

Опубликовано:15 Май, 2019 07:15
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog