Русская версия  |  Əsas səhifə

Bu gün Srebrenitsa qətliamının 24-cü ildönümüdür

Bu gün Bosniyanın Srebrenitsa şəhərində yaşayan müsəlmanların qətliamından 24 il ötür.

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, AB diplomatiya rəhbəri Federika Moqerini və Avropa Qonşuluq Siyasəti Komissiyasının üzvü Johans Hahn ortaq bəyanatla çıxış edib.

"Qəlblərimiz və düşüncələrimiz zərər çəkmişlər və həyatlarını bu faciəli hadisələrdə itirənlərin yanındadır. Bizim ümumi vəzifəmiz müasir Avropa tarixində insanlığın ən qaranlıq məqamlarından biri olan Srebrenitsanı xatırlamaqdır ", - bəyanatda deyilir.

Опубликовано:11 Июль, 2019 14:05
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog