Русская версия  |  Əsas səhifə

İnsan məğrib namazını dörd rükət qılıb, bitirəndən sonra bunu anlayıbsa, nə etməlidir?

Oxucu sual verir: İnsan fikirli halda məğrib namazını dörd rükət qılıb, bitirəndən sonra bunu anlayıbsa, nə etməlidir?

Əvvəla, fikirli halda namaz qılmaq bəyənilmir, bu, namazın savabını azaldır. Əgər hər hansı səbəb üzündən namazda müəyyən yanlışlığa, artıq-əskiyə yol verilibsə, şəriətdə nəzərdə tutulmuş yollarla (səhv səcdəsi, ehtiyat namazı və s.) bunu aradan qaldırmaq olar. Lakin bəzi hallarda istənilən səbəb üzündən səhvə yol verilsə, naamaz batil olur. Belə hallardan biri namazın rükətlərinin sayını artırmaq və ya əskiltməkdir. Əgər insan istər qəsdən, istərsə bilməyərəkdən, istər unutqanlıq üzündən, istərsə də avtomatik olaraq rükətlərin sayını azaltsa və ya artırsa, namazı pozular. İstər bunu namazı bitirmədən bilsin, istərsə də namazı qılıb qurtardıqdan sonra anlasın. Hər bir halda, rükət fərqi ilə qılınmış namazı qəza etmək lazımdır.

Опубликовано:12 Июль, 2019 07:28
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog