Русская версия  |  Əsas səhifə

Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb

Sudanda dinc nümayiş zamanı 4-ü tələbə olmaqla 5 etirazçı güllələnərək öldürülüb.

Bunu Sudanın müxalif Həkimlər Komitəsindən bildiriblər.

Hadisə ölkənin Şilmali Kordofan əyalətinin mərkəzi Əl-Obeyd şəhərində baş verib.

Müxalifət təmsilçiləri yürüş zamanı iştirakçılara snayperdən atəş açıldığını deyiblər.

Qeyd edək ki, cari il aprelin 11-də 30 il Sudanı idarə etmiş Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.

Опубликовано:29 Июль, 2019 14:22
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog