Русская версия  |  Əsas səhifə

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

Əfqanıstanda ABŞ-ın iki əsgəri öldürülüb.

Islam.az "Report"a istinadla xəbər verir ki, bu, NATO-nun Əfqanıstandakı nümayəndəliyinin saytında yerləşdirilən açıqlamada deyilir.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyinin siyasətinə görə ölən əsgərlərin adları yaxınlarına xəbər verildikdən sonra 24 saat ərzində açıqlanmayıb. Hərbçilərin ölüm səbəbləri də dəqiqləşdirilmir.

Müxtəlif mənbələrə görə, hazırda Əfqanıstanda NATO və digər ölkələrdən təxminən 7,5 min əsgər, habelə 15.5 minə yaxın Amerika əsgəri yerləşdirilib.

Опубликовано:30 Июль, 2019 05:47
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog