Русская версия  |  Əsas səhifə

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir?

Oxucu sual verir: "İmam Mehdi (ə) zühur edəndə insanlara elə hökmləri təbliğ edəcək ki, insanlar onun özündən yeni din gətirdiyini güman edəcəklər”. Bu fikrin izahı nədir?

Həqiqətən, bəzi hədislərin mətni buna yaxın mənanı ehtiva edir. Bu hədislərin mənası o deyil ki, Həzrət Mehdi (s) Mühəmməd Peyğəmbərin (s) dinindən və şəriətindən fərqli bir inanc gətirəcək. Əslində o həzrətin bütün söylədikləri cəddi Peyğəmbərin (s) buyurduqları ilə eyni olacaq. Ümumiyyətlə, Əhli-beytin heç bir üzvünün sözü Peyğəmbərin (s) sözü ilə ziddiyət təşkil etməyib. Dünyanın sonuna yaxın yer üzünü zülm bürüyəcək. Əsl dindarların sayı azalacaq, dindən sui-istifadə halları artacaq. İnsanlara dini hökmləri tərs şəkildə çatdıracaqlar. Həqiqətlət gizlədiləcək, saxta və yalan biliklər yayılacaq. Buna görə Həzrət Mehdi (ə) zühur edib, həqiqi İslamı insanlara çatdıranda insanlar bunu çətinliklə qəbul edəcəklər, çünki onlara öyrədilən və təbliğ edilən din bundan fərqli olacaq. Bu üzdən bəzi şəxslər elə güman edəcəklər ki, Həzrət Mehdi (ə) özündən yeni din gətirib.

Опубликовано:30 Июль, 2019 05:48
В этом разделе:
21 Август, 2019
Qadın qurban kəsə bilərmi?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog