Русская версия  |  Əsas səhifə

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

Həcc mərasiminə qatılmaq üçün Səudiyyə Ərəbistanına daxil olan hacıların sayı bir milyonu keçib.

Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Pasport Qeydiyyatı İdarəsi məlumat yayıb.

Bildirilib ki, indiyədək ölkəyə hava, quru və su keçidlərindən keçərək daxil olan hacıların sayı 1.084.000 nəfər təşkil edir.

Mənbə bildirib ki, hacılara xidmət göstərmək üçün 17 min mülki müdafiə qüvvəsi cəlb edilib.

Qeyd edək ki ötən ilin həcc mərasiminə 2.371.675 hacı qatılmışdı.

Xatırladaq ki, 2015-ci ilin həcc mərasimində Minada baş verən izdiham nəticəsində 2400 hacı həyatını itirmişdi. Həmin ildən sonra Məkkəyə ezam edilən hacıların sayında azalma müşahidə edilib.

Опубликовано:30 Июль, 2019 08:41
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog