Русская версия  |  Əsas səhifə

Bloomberg: Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayır

Türkiyə hərbi birləşmələri Suriya sərhədini keçməyə başlayıb. Bu barədə "Bloomberg" Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, ordu Ankaranın təhlükəsizlik bölgəsi yaratmaq üçün əməliyyat keçirmək niyyətində olduğu bölgəyə keçməyə başlayıb.

"Türkiyə qüvvələri ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini sərhəddən uzaqlaşmağa məcbur etmək üçün Suriyanın şimal-şərqində sərhədi keçməyə başlayıblar", - deyə agentliyə mənbə bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qeyd edib ki, "qoşunların sərhədə ötürülməsi və əməliyyata hazırlıq prosesi davam edir".

Опубликовано:9 Октябрь, 2019 11:03
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog