Русская версия  |  Əsas səhifə

Qadın zöhr namazını qılmadan heyz olarsa, paklandıqdan sonra həmin namazı qəza etməlidirmi?

Oxucu sual verir: Qadın günorta zöhr namazını qılmadan heyz olarsa, paklandıqdan sonra həmin namazı qəza etməlidirmi?

Bu məsələdə qadının nə zaman heyz olması mühümdür. Əgər qadın zöhr vaxtından əvvəl heyz olmuşsa, o halda zöhr və əsr namazları onun öhdəsindən götürülüb. Əgər zöhr vaxtı daxil olandan sonra, dəstəmaz alıb zöhr namazını qılacaq qədər vaxt keçdikdən sonra heyz olmuşsa, amma zöhr namazını qılmamışsa, bu halda pak olduqdan sonra həmin zöhr namazını qəza etməlidir. Əgər zöhr vaxtı daxil olduqdan sonra, dəstəmaz alıb zöhr və əsr namazlarını qılacaq qədər vaxt keçdikdən sonra heyz olmuşsa və namazları qılmamışsa, bu halda pak olduqdan sonra həm zöhr, həm də əsr namazlarını qəza edəcək. Bu məsələdə namazları hansı səbəb üzündən qılmaması mühüm deyil.

Опубликовано:10 Октябрь, 2019 02:33
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog