Русская версия  |  Əsas səhifə

PKK-nın Suriya qanadı Türkiyə şəhərini raket atəşinə tutub

PKK terror təşkilatının Suriya qanadı Suriyanın Kamışlı bölgəsindən Türkiyənin Mardin vilayətini raket atəşinə tutub. İslam.az “Anadolu”ya istinadən xəbər verir ki, Suriya ərazisindən atılan altı raket Mardinin Nusaybin şəhərində partlayıb.

Raket hücumu "Barış pınarı” antiterror əməliyyatının başlamasından sonra həyata keçirilib.

Mülki vətəndaşlar arasında itki və tələfat yoxdur.

Hücum nəticəsində Nusaybinin mərkəzindəki yaşayış binalarından birinə ziyan dəyib, evin sakinləri təxliyə edildi.

Polis şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərini artırıb.

Опубликовано:10 Октябрь, 2019 07:40
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog