Русская версия  |  Əsas səhifə

Bu siyahıda sonda olmaq fəxrdir (Video)

Ümumdünya Səhiyyə Təşkilatı keçmiş sovet respublikalarında spirtli içkilərin istifadəsi üzrə reytinq açıqlayıb. Siyahi ölkədə adambaşına düşən təmiz etanolun istifadəsinə görə hazırlanıb.

15 respublika arasında birinci yeri adambaşına 51.2 litr etanolla Moldaviya tutur. Sonra Litva ve Latviya gəlir. Yayılmış stereotiplərə zidd olaraq Rusiya 11.7 litr ilə 4-cü yerdədir. Qonşu Gürcüstanda 9.8, Ermənistanda 5.5 litr içilir.

Orta Asiyanın müsəlman respublikalarında içən az deyil. Maraqlıdır ki, 14-cü yerdə olan və dinə daha bağlı ölkə sayılan Özbəkistanda adambaşına içilən etanol 2.1 litrdir. Bu siyahıda ən sonda yer tutan isə Azərbaycandır və adambaşına cəmi 0.8 litrdir. Beləliklə, Azərbaycan siyahıda ilk yeri tutan ölkədən 63, özündən əvvəldə gələndən isə demək olar 3 dəfə az içki istifadə edilən ölkədir. Səbəbləri, əlbəttə, həm dini, həm də milli xüsusiyyətlərimizdədir.

Hər halda, şükür Allaha...

Опубликовано:30 Октябрь, 2019 09:19
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog