Русская версия  |  Əsas səhifə

Ginekoloji və ya müalicəvi məqsədlə qoyulan şam orucu pozurmu?

Oxucu sual verir: Ginekoloji və ya müalicəvi məqsədlə qoyulan şam orucu pozurmu?

Orucu pozan əməllər şəriət kitablarında (risalələrdə) ətraflı şəkildə izah olunmuşdur. Bu əməllərin içində imalə də vardır. İmalə müalicə məqsədi ilə müəyyən məhlulu bədənə yeritmək hesab edilir. Hər hansı yolla bədənə müəyyən maddəni daxil etmək orucu pozar; istər maddə yemək-içmək yolu ilə (boğazdan və ya burundan), istərsə də başqa yolla daxil olsun. Lakin müəlicəvi və ginekoloji şamlar bura aid deyil. Həmin şamlar bədənin daxilinə birbaşa yeridilmir, müəyyən müddət ərzində sovrularaq orqanizm tərəfindən mənimsənilir. Bu cür müalicə vasitələrindən istifadə edən şəxsin orucu düzgündür.

Опубликовано:7 Ноябрь, 2019 07:35
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog