Русская версия  |  Əsas səhifə

“Qurani–Kərimin nüzul sırası ilə tərcüməsi” kitabının təqdimatı keçirilib

Dünən Respublikada ilk dəfə olaraq “Qurani–Kərimin nüzul sırası ilə tərcüməsi” kitabının çap olunmuş 1–ci cildinin təqdimatı keçirilmişdir.

Hal–hazırda Azərbaycanda Quranın Azərbaycan və rus dilində bir neçə tərcüməsi mövcuddur. Onların hamısı rəsmi düzülüş adlanan və peyğəmbərimizin vəfatından illər sonra, surələrin ayə sayları sırası ilə düzüldüyü sıra ilə tərcümə edilmişdir. Tərcüməçilərin böyük zəhmət və səylərinə baxmayaraq, bu tərcümələrdə hadisələrin tarixi–xronoloji ardıcıllığı gözlənilmədiyindən, xeyli suallar meydana çıxır.

Enmə sırası ilə olan, Hakkı Yılmazın müəllifi olduğu kitabı türk dilindən azərbaycan dilinə tərcümə edən prof.dr. Sabirə Dünyamalıyeva Allahın məsləhət bildiyi sıra ilə düzülüşün insanlar tərəfindən daha asan və tez qavranıldığını, heç bir anlaşılmazlığın meydana çıxmadığını xüsusi olaraq qeyd edir.

Prof.dr. Sabirə Dünyamalıyeva qeyd edib ki, tərcümənin YOUTUBE variantı (https://www.youtube.com/channel/UCy7rNNacjaRx-BnHEbsm6Bg) artıq 2 ildir ki, 82 video–dərslərdə, geniş şəkildə izah edilərək ictimaiyyətə təqdim olunub və bu dərslər davam edir.

Qeyd edildi ki, enmə sırası ilə tərcümə insanları aktiv elmi, iqtisadi, fiziki fəaliyyətə, düzgün cəmiyyət quruculuğuna, insanlara, cəmiyyətə, təbiətə qarşı həssas davranmağa təhrik edir.

Bu sıra ilə öyrənilib-öyrədilən Quran insanların intellektual səviyyəsinin artırılmasına, cəmiyyət üzvlərinin bir–birinə qarşı tolerant münasibətinin formalaşmasına xidmət edir.

Опубликовано:28 Ноябрь, 2019 07:04
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2020 All right reserved www.islam.az waplog