Русская версия  |  Əsas səhifə

Gündüz İsmayılov: “Bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər”

"Dünyada bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər. Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Biz hər zaman bu məsələdə ulu öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”.

İslam.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

G. İsmayılovun sözlərinə görə, dünyəvi dövlət o demək deyil ki, dinə qarşı bir mövqedə dayanır: “Hətta dünyəvi dövlət olduğu halda dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bunun bariz nümunəsi kimi Azərbaycanı göstərmək olar. Bizim ölkəmizdə əhalinin 96 faizini müsəlmanlar təşkil edir. İslam dininin müqəddəs bayramları sayılan Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd edilir. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlara, dini konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq”.

Опубликовано:28 Ноябрь, 2019 08:29
В этом разделе:
Последние комментарии : 1
Автор: Aydin | 28 Ноябрь, 2019 20:05
# Ответить
0


]]>]]>

Bu asl kafirdi
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2020 All right reserved www.islam.az waplog