Русская версия  |  Əsas səhifə

İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var

Ötən gün İsrailin Qəzzaya aviazərbələri və atəşi nəticəsində bir fələstinli yeniyetmə həlak olub və 5 nəfər yaralanıb.


İslam.az SalamNews-a istinadla xəbər verir ki, İsrailin hərbi təyyarələri bu gün sübh Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib.

İsrail tərəfi bildirib ki, hava zərbələri Aşkol şəhəri ərazisinə atılan raketdən sonra endirilib.

Bu hava zərbələrində yaralananların olduğu bildirilib.

Ötən gün axşam saatlarında isə Qəzzanın cənubunda Xəzaə qəsəbəsində İsrailin qurduğu sərhədlər istiqamətdə yürüş keçirilib.

Bu yürüşə açılan atəş nəticəsində bir 16 yaşlı fələstinli yeniyetmə həlak olub və 5 gənc yaralanıb.

Qeyd edək ki fələstinlilər ABŞ-ın Qüds qərarından sonra hər cümə Qəzzada İsrailin qurduğu sərhədlər istiamətdə yürüşlər keçirirlər.

Опубликовано:30 Ноябрь, 2019 07:51
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog