Русская версия  |  Əsas səhifə

Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib

İraq baş naziri Adil Əbdül-Mehdi ötən gün istefaya hazır olduğunu bildirdikdən sonra Bağdadda keçirilən aksiyalar nisbətən səngiyib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, ötən gün Bağdadda etiraz aksiyaları baş nazirin istefa verəcəyi xəbərini sevinclə qarşılayıb.

Ötən gün axşam aksiyalar və etirazlarda nisbi səngimə müşahidə edilib.

Qeyd edək ki, Adil Əbdül-Mehdi ötən gün bildirib ki, ölkə parlamentinə istefasının qəbul edilməsi ilə bağlı rəsmi məkub ünvanlayacaq.

Baş nazir belə bir addımın atılmasının əsas səbəbi kimi, son iki ayda hökumət qurumlarının qabaqlayıcı tədbirləri görə bilməməsi, Ayətullah Sistaninin son tövsiyələri, etirazlar və toqquşmalarda nahaq qanın axıdılmaması istəyinin durduğunu deyib.

Xatırladaq ki, İraq ötən ayın əvvəlindən etirazlar, iğtişaşlar və toqquşmaların şahididir. Bu müddət ərzində polis qüvvələri də daxil olmaqla 150-dən çox şəxsin öldüyü deyilir.

Опубликовано:30 Ноябрь, 2019 07:55
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog