Русская версия  |  Əsas səhifə

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı?

Oxucu sual verir: Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı?

İslam şəriətinə görə, nəcis (murdar) sayılan maddələr risalələrdə ətraflı izah edilib. Məni (sperma) da bura aiddir. Məninin dəydiyi hər yer paklanmalıdır. Hətta cinsi yaxınlıqdan sonra istibra adlı əməli yerinə yetirmək və pak olmaq lazımdır ki, bədəndə qalmış məninin qalıqları çıxıb, bədəni və paltarı bulamasın. Bu, cəfəri məzhəbinə aid olan hökmdür. Müasir müctəhidlərin hamısı mənini nəcis sayırlar. Əhli-sünnə məzhəbində isə məni murdar sayılmır və onunla bulaşmış yeri pak etmək tələb edilmir. Əhli-sünnə məzhəbinin alimləri bu barədə Peyğəmbərin (s) bəzi hədislərinə və səhabələrin davranışına istinad edirlər. Lakin cəfəri məzhəbi baxımından bu dəlillər tutarsızdır.

Опубликовано:30 Ноябрь, 2019 08:02
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog