Русская версия  |  Əsas səhifə

Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi

Əfqanıstanın şimal-qərbində “Taliban” hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddin zərərsizləşdirilib. “İnterfaks” xəbər verir ki, bu barədə Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai açıqlama verib.

Taliblərin hökümət gücləri ilə hərbi toqquşması Minqacik rayonu ərazisində baş verib və bir saatdan çox davam edib. Toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü və səhra komandiri yaralanıb. Toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.

Опубликовано:2 Декабрь, 2019 06:59
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog