Русская версия  |  Əsas səhifə

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

Türkiyənin Bursa şəhərində dəfn yeri almaq üçün insanlar növbəyə dayanıb.

Saxta “peyğəmbər” İsgəndər Erol Evrenesoğlunun dəfn edildiyi “Hamitlər” qəbiristanlığına yer almaq üçün 100-dən çox insan müraciət edib.

Lakin müraciətlər artdığı üçün qəbiristanlıq rəhbərliyi yer satışını dayandırıb.

Eyni zamanda, məzarı türbəyə çevirməyə də icazə verilməyib.

ABŞ-da vəfat edən Evrenesoğlunun oğlu daha əvvəl “Pınarbaşı” qəbiristanlığında dəfn yeri üçün müraciət etsə də, onun müraciəti qəbul edilməyib.

Qeyd edək ki, İskəndər Evrenesoğlu müxtəlif bəyanatlar yayaraq, kitablar nazil edilmiş Rəsul olduğunu, ancaq peyğəmbər olmadığını söyləyirdi. Vəli-Rəsul və Nəbi-Rəsul şəklində iki növ peyğəmbər olduğunu, bu təsnifatda ikinci növ - Vəli-Rəsullardan biri olduğunu və Allah tərəfindən türk tayfaları üçün təyin edildiyini iddia edirdi.

Опубликовано:3 Декабрь, 2019 07:19
В этом разделе:
23 Ноябрь, 2019
Nəsimi ateist olub? (Video)
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog