Русская версия  |  Əsas səhifə

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi?

Oxucu sual verir: Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi?

Müsəlman şəxs birmənalı şəkildə qəbul etməlidir ki, alkoqollu içki haramdır. Heç bir məqsəd və bəhanə ilə onu içmək olmaz. Yalnız susuzluqdan ölmək qorxusu yaranarsa, ölümdən xilas edəcək miqdarda spirtli işki qəbul etmək günah sayılmaz. Lakin bu vəziyyətlə həyatımız boyunca demək olar ki, rastlaşmırıq. Bu bəhanəni qazanmaq üçün qeyri-məskun bir adaya yaxud səhraya düşməyimiz, yanımızda maye qismindən yalnız spirtli içki olması gərəkdir. Müalicə məqsədi ilə spirtli içki içmək olmaz. Bunu məsləhət görən həkimin peşəkarlığı və savadı şübhə doğurur. Hal-hazırda tibbin elə bir yüksəliş dövrünü yaşayırıq ki, hər xəstəlik üçün bir neçə alternativ müalicə növü mövcuddur. Məsumlarımızın buyurduğu kimi, “şərab dərddir, dərman deyil”.

Опубликовано:3 Декабрь, 2019 07:41
В этом разделе:
Последние комментарии : 1
Автор: Bey | 5 Декабрь, 2019 19:36
# Ответить
+1


]]>]]>

Namazdan sonra yasin tercume halda oxumağ olarmı? Yasini bawlamadan evvel ne demek lazimdir ve axirinda?
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2019 All right reserved www.islam.az waplog