Русская версия  |  Əsas səhifə

İran: “Boeing 737-800” təyyarəsi təsadüfən vurulub

İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Bu barədə “Associated Press” agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib.

Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.

Tehran yaxınlığında Ukrayna “Boeing”inin qəzasına insan səhvi səbəb olub.

TASS-ın məlumatına görə, bu barədə İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində yazıb.

"Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı", - deyə nazir bildirib.

Опубликовано:11 Январь, 2020 07:30
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2020 All right reserved www.islam.az waplog