Русская версия  |  Əsas səhifə

İraqda ABŞ həbçilərinin olduğu baza atəşə tutulub

İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub.

Qeyd edilir ki, İraqın şimalındakı Salah-ed-Din vilayətində yerləşən bazanın atəşə tutulması nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.

"Naməlum istiqamətdən Salah-ed-Din vilayətindəki “Balad” bazasına “Katyuşa"nın beş reaktiv mərminin düşməsi İraqın Hərbi Hava Qüvvələrinin dörd hərbi qulluqçusunun yaralanmasına gətirib çıxardı. Onların arasında iki zabit var", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, son günlər baza son günlər 3-cü dəfədir atəşə məruz qalır. Bir neçə gün əvvəl də "Balad" aviabazası yaxınlığında raket düşüb.

Опубликовано:13 Январь, 2020 06:47
В этом разделе:
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2020 All right reserved www.islam.az waplog