Русская версия  |  Əsas səhifə

Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır?

Oxucu sual verir: Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır?

Kəbə evinin üzərindəki ipək örtük “kisvə” adlanır. Bəzi mənbələrə görə, Kəbəni parça ilə örtmüş ilk şəxs Həzrət İsmayıl Peyğəmbər (ə), digər məlumatlara görə V əsrdə yaşamış Yəmən hökmdarı olmuşdur. İslamdan əvvəl, eləcə də, İslamın ilk dövrlərində hər il həcc mövsümündə Kəbənin üzərinə təzə kisvə örtülürdü. Əvvəlki örtük isə zaman keçdikcə cırılıb yerə düşürdü. Üst-üstə atılmış örtüklər Kəbənin damına ağırlıq etdiyi üçün hər il köhnə kisvəni çıxarmağa başladılar. Əvvəllər kisvəni Misirdə tikib gətirirdilər. Son zamanlar Ərəbistanın özündə xüsusi fabrik bu işlə məşğul olur. Kisvə qara ipəkdəndir, üzərinə qızıl saplarla Quran ayələri və naxışlar tikilir. Kisvənin ümumi ağırlığı 550 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kiloqram qızıl sapdan istifadə edilir. Hər il köhnə kisvəni kiçik hissələrə bölüb, xüsusi hörmətli qonaqlara hədiyyə edirlər.

Опубликовано:13 Январь, 2020 07:12
В этом разделе:
Последние комментарии : 2
Автор: Qasimova | 14 Январь, 2020 12:25
# Ответить
0


]]>]]>

Müctəhid Sisstani ağa Zəhmət olmasa deyin, Zöhr namazı Əsr namazı başlayan kimi qəza sayılır?Təşəkkür edirəm
Автор: Administrator | 15 Январь, 2020 06:33 | Ответ на #46341
# Ответить
0


]]>]]>

"Əsr namazı başlayan kimi" dedikdə, yəqin ki, əsr namazının vaxtının daxil olmasını nəzərdə tutursunuz. Xeyr, qəza sayılmır və əsr namazının qılınma vaxtının sonuna qədər qılına bilər (bir şərtlə ki, ardınca dərhal əsr namazını şam azanına qədər qılmağı çatdırasınız)
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2020 All right reserved www.islam.az waplog