Русская версия  |  Əsas səhifə

Vəkil: "Azərbaycanda həbs olunan Mehmet Harun Kayacı nurçuluq və ya vəhhabilikdə ittiham olunmur"

Müstəqil Türkiyə Partiyası (BTP) sədrinin müavini Mehmet Harun Kayacı 2007-ci ilin oktyabr ayında Azərbaycan Hərbi Prokurorluğu tərəfindən həbs olunub. Mehmet Harun Kayacının vəkili Elton Quliyev bildirib ki, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 168-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını deyən E. Quliyev hazırda istintaqın davam etdiyini və istintaqın tezliklə tamamlanacağını söyləyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Türkiyə mətbuatında yazılanların kifayət qədər qərəzli olduğunu da qeyd edib: "Yeniyetmələrin dini ayinlərin yerinə yetirilməsinə cəlb edilməsi cinayət deyil, heç bu cinayətlərin tövsifedici əlaməti də deyil. Türkiyə mətbuat bu məlumatı kifayət qədər qərəzli yayıb. Əgər bu haqda yazırdılarsa, hansı dini ayindən söhbət getdiyini də yazmalıydılar". Vəkil Mehmet Harun Kayacının həbsinin nurçuluq və ya vəhhabiliklə bağlı olmadığını da deyib: "O, həmin təriqətlərin əleyhinə gedən adamdır, ona qarşı da belə bir ittiham irəli sürülməyib. Kayacı heç bir təriqəti təbliğ etməyən müsəlmandır, bütün müsəlmanların qəbul etdiyi şəkildə Quranı qəbul edir. Onun dini ayinlər adı altında ictimai asayişi pozması haqqında deyilənlər əsassızdır". Vəkil M. H. Kayacının Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilməsinin mümkünlüyünü də vurğulayıb.

Опубликовано:24 Январь, 2008 15:58
В этом разделе:
20 Январь, 2018
20 Yanvar qazisinin xatirələri
20 Январь, 2018
Atəşkəs 132 dəfə pozulub
Ваше имя |
Текст
Captcha
|
Captcha
© 2018 All right reserved www.islam.az waplog